Sosial Özəl

Tanınmış aktrisa: “Bayramda xüsusi nəsə gözləmirəm, amma...”

Tanınmış aktrisa: “Bayramda xüsusi nəsə gözləmirəm, amma...”

“Qadınlar günündə qadına ən gözəl hədiyyə sevgidir. Məncə, xanımların çoxu gül-çiçək də sevir”.

Bunu Demokrat.az-a açıqlamasında tanınmış aktrisa Zülfiyyə Qurbanova deyib. Aktrisa bayram öncəsi xüsusi istəyinin olmadığını etiraf edib, bununla belə müəyyən gözləntilərinin olduğunu da gizlətməyib:

“Bəzi xanımlar deyir həyat yoldaşımın varlığı mənim üçün ən gözəl hədiyyədir. Əlbəttə, bu sözlə mən də razıyam. Əsas odur sevdiklərimiz, əzizlərimiz yanımızda olsunlar, nəfəsləri gəlsin. Hamıya can sağlığı arzu edirəm. Həyatda bundan böyük nemət yoxdur.

Xanımlara diqqət göstərmək üçün təkcə xüsusi tarixləri, bayram günlərini gözləmək lazım deyil. Hər gün sevgi və diqqət göstərilməlidir. Amma məncə, həmin gün mütləq hədiyyə ilə də diqqət göstərmək lazımdır imkan daxilində”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova