Türkiyədə tələbələri daşıyan mikroavtobusun aşması nəticəsində 10 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Kayseri vilayətində baş verib.
Yağan yağış nəticəsində sürücü idarəetməni itirdiyi üçün mikroavtobus yolun kənarına aşıb.
Qəzada mikroavtobusda olan 10 şagird yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım maşınları göndərilib.
Xəstəxanaya yerləşdirilən şagirdlərin vəziyyətlərinin yaxşı olduğu öyrənilib.
Aysu Demokrat.az


