Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Demokrat.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə AMEA-nın qadın əməkdaşlarını təbrik edib.
Bildirib ki, daim öz parlaq zəkası, geniş dünyagörüşü, intellekti, müdrikliyi ilə seçilən Azərbaycan qadınları hər zaman olduğu kimi, bu gün də cəmiyyətimizin aparıcı qüvvəsini təşkil edir və respublikanın ictimai-siyasi həyatında aktiv iştirak edirlər.
Daha sonra AMEA-nın elmi-ictimai həyatında fərqlənən qadın alimlər təltif olunublar.
Mükafatları AMEA-nın prezidenti akademik İsa Həbibbəyli təqdim edib. Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi filologiya elmləri doktoru Aynel Məşədiyeva elmi-ictimai fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub.
Demokrat.az



