Region Özəl

Türkiyədə hərbi helikopter təcili eniş edib

Türkiyədə hərbi helikopter təcili eniş edib

Türkiyədə hərbiçilərin olduğu helikopter məcburi olaraq boş əraziyə eniş edib.

Demokrat.az xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin İzmir vilayətində baş verib.

İlkin məlumata görə, İzmir 2-ci Əsas Jet Bazasından havaya qalxan hərbi helikopter Urla rayonunda uçuşa fasilə verməli olub.

Nəticədə helikopterdə olan 1 nəfər yaralanıb.

Qeyd edək ki, məcburi enişin hansı səbəbdən edildiyi hələlik məlum deyil.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova