Gündəm Özəl

Bakı ilə Sumqayıtı birləşdirəcək metro xətlərinin tikilməsinə ehtiyac var — AÇIQLAMA

Bakı ilə Sumqayıtı birləşdirəcək metro xətlərinin tikilməsinə ehtiyac var — AÇIQLAMA

"Bakı Metropoliteni" QSC-nin davamlı inkişafı məqsədilə müvafiq tikinti planı hazırlanıb və qurumun Müşahidə Şurası onu təsdiq edib. Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov "Dəyişməyən dəyərlər, dəyişən imkanlar" mövzusunda keçirilən panel konfransında bu barədə məlumat verib. O qeyd edib ki, Bakıda yeni metro stansiyaların tikilməsi nəzərdə tutulur: "Planda minimum ssenari üzrə Bakıda 5-7 il müddətində 10 yeni metrostansiyanın tikintisi layihələşdiriləcək. 2022-ci ildən metroda tikinti və yenidənqurma işlərinə, yeni vaqonların alınmasına 194,6 milyon manat vəsait ayrılıb", - deyə o əlavə edib.

Yeni metro xətləri şəhərin hansı ərazilərində çəkilməlidir sualına isə nəqliyyat eksperti Rövşən Həsənov Demokrat.az-a açıqlamasında cavab verib:

Bakı ilə Sumqayıtı birləşdirəcək metro xətlərinin tikilməsinə ehtiyac var — AÇIQLAMA

“Ərazi olaraq bir çox yerləri sadalamaq olar. Məsələn, Əhmədli istiqamətində hərəkət etdikdə Bakıxanov Günəşli və digər qəsəbələr var. Bir çox amillər metro xətlərinin çəkilməsində rol oynayır. Qrunt suları, yeraltı kommunikasiya xətləri yeni stansiyaların tikilməsinə çətinlik yaradır. Düşünürəm ki, Bakıxanov, Qaraçuxur, Günəşli, Sabunçu, Sumqayıt istiqamətlərində yeni metro xətlərinin çəkilməsinə ehtiyac var. Sumqayıt istiqamətində yeraltı nəqliyyat vasitəsi mövcud olarsa, bu, hərəkətin təşkilində son dərəcə müsbət effekt verər. Elektrik qatarı mövcuddur, amma Xocəsəndən bir az irəlidə də metro xətti çəkilsə, tıxac xeyli azalar. Şəhərin daxilində metro stansiyalarının sayını artırmağa elə də ehtiyac yoxdur, çünki yeni tikililərin sürətlə artması fonunda metro xəttinin də çəkilməsi çətin məsələdir. Əsas məsələ Bakı ilə Sumqayıtı birləşdirəcək stansiyaların olmasıdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova