“Ötən il ərzində “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamenti tərəfindən ümumilikdə 323601 müraciət qəbul olunub”.
Demokrat.az xəbər verir ki, bu fikirləri “Azərişıq” ASC-nin “ASAN Xidmət”lə İş Departamentinin direktor müavini İnam Yusifov bu keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, müraciətlərin 8314 ədədi elektron şəkildə, 315287 ədədi isə xidmət mərkəzlərində qəbul olunub:
“Sahibkarlıq subyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması üzrə 7985 müraciətdən 3930 müraciət elektron şəkildə qəbul olunub. Bu da elektron müraciətlərin 49%-ni təşkil edir.
Həyata keçirilən tədbirlər nəticəsində ötən ilin son 3 rübü ərzində elektron müraciətlərinin sayı ümumi müraciətlərin 50%-dan artığını təşkil edib”.
Aysu Demokrat.az


