Sosial

Taksi sürücülərinin narkoloji testə göndərilməsi xəbəri əsassızdır — AYNA

Taksi sürücülərinin narkoloji testə göndərilməsi xəbəri əsassızdır — AYNA

Bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun psixoloji problemlərinin olması və taksi sürücüsü kimi fəaliyyət göstərməsi ilə bağlı məlumatlar yayılıb.

İctimaiyyətdə həmin hadisədən sonra taksi sürücülərinin narkoloji testə göndərildiyi bildirilir. Bu gün isə mətbuatda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən taksi şirkətlərinə sürücülərini narkoloji testə göndərməyin təmin edilməsi ilə bağlı tapşırıq verildiyi bildirilib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, bəzi media qurumlarında AYNA adından yayılan xəbərlər əsassızdır və qurum belə məlumat verməyib:

“AYNA adından yazılan məlumatların heç bir əsası yoxdur. Yaxın saatlarda bununla bağlı ictimaiyyətə ətraflı açıqlama veriləcək”, - deyə Tural Orucov qeyd edib.

D
demokrat.az