Hadisə

Avtomobillər toqquşub: Xəsarət alanlar var

Avtomobillər toqquşub: Xəsarət alanlar var

Şabran şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə şəhərin dörd yol adlanan ərazisində qeydə alınıb.

“Mercedes-Benz” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər - NurayNicat qızı Məmmədova,YağmurNicat qızı Məmmədova və GülayəNovruz qızı Novruzova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova