Türkiyədə yan yoldan çıxan avtomobil küçədə hərəkətdə olan avtomobillə toqquşub.
Demokrat.az xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Bursa vilayətində baş verib.
Qəza nəticəsində 1-i uşaq olmaqla 4 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım və polis qrupları cəlb olunub.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Aysu Demokrat.az


