Məşhur amerikalı aktyor və rejissor Karl Uezers vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb.
76 yaşlı aktyorun hansı səbəbdən ölməsi açıqlanmayıb.
Qeyd edək ki, Uezers 80-ə yaxın film və teleşouya çəkilib. O, “Rokki” və “Yırtıcı” filmlərindəki obrazları ilə daha çox sevilib.


