Qəzza zolağına edilən hücumlar nəticəsində həyatını itirənlərin sayı 27 min 131-ə yüksəlib.
Demokrat.az xəbər verir ki, bu barədə bölgənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrail qüvvələrinin son 24 saat ərzində bölgəyə etdiyi hücumlarda daha 112 fələstinlini vəfat edib, 148 nəfər isə yaralanıb.
Bununla da, oktyabrın 7-dən etibarən Qəzzada həlak olan fələstinlilərin sayının 27 min 131-ə, yaralıların sayının isə 66 min 287-yə yüksəlib.
Aysu Demokrat.az


