Türkiyənin Van, Bitlis və Hakkari vilayətində əlverişsiz hava şəraiti ilə əlaqədar 37 yaşayış məntəqəsinin yolu bağlanıb.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, yağan qar və çovğun səbəbindən Van bölgəsində 23, Bitlisdə isə 13 kənd və yaşayış məntəqəsinin yolu bağılanıb. Hakkaridə isə ümumi gediş-gəliş dayandırılıb.
Bu yolların açılması və kənd ərazilərinə fasiləsiz daşınmasını təmin etmək üçün qarla mübarizə qrupları işlərini davam etdirir.
Aysu Demokrat.az


