Region Özəl

Ərdoğan İran Prezidenti ilə görüşdü

Ərdoğan İran Prezidenti ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranlı həmkarı İbrahim Rəisi ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, tərəflər görüş çərçivəsində ikitərəfli və regional əlaqələri müzakirə edib.

Eyni zamanda ölkələr arasında enerji, azad iqtisadi zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi məsələləri əhatə edən 10 müqavilə imzalanıb.

Aysu Demokrat.az

D
demokrat.az