Qəzza zolağında aylardır davam edən hərbi hücumlar zamanı həlak olan fələstinlilərin sayı 25 min 700-ə çatıb.
Demokrat.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bölgəyə son 24 saat ərzində təşkil edilən hücumlarda daha 210 fələstinli həlak olub, 386 nəfər isə yaralanıb.
7 oktyabr 2023-cü ildən bəri blokada altında olan Qəzza zolağına edilən hücumlarda həlak olan fələstinlilərin sayının 25 min 700-ə, yaralı sayının isə 63 min 740-a yüksəldiyi qeyd edilib.
Aysu Demokrat.az


