Hadisə

Mağazadan 4500 manatlıq telefon oğurlandı

Mağazadan 4500 manatlıq telefon oğurlandı

Bakıda mağazadan 4500 manatlıq telefon oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-a verilən xəbərə görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mağazaların birindən 4500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini Tofiq Cəfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

D
demokrat.az