Hadisə

Gədəbəydə QƏZA: Ölən var

Gədəbəydə QƏZA: Ölən var

Gədəbəydə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, 1984-cü il təvəllüdlü Nicat Allahverdiyev idarə etdiyi "VAZ-21214" markalı avtomobillə Gədəbəy şəhəri, 20 Yanvar küçəsi ilə hərəkətdə olarkən piyada 57 yaşlı Fazil Şirinovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Gədəbəy Raəyon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

D
demokrat.az