Xəyali dostlar kiçik yaşlı uşaqların öz şüurunda yaratdıqları xarakterlərlə qurduqları dostluqlardır. Ailələr bu vəziyyətdən narahat olsalar da, xəyali dostluq anlayışı düşünülən qədər narahatedici deyil.
Demokrat.az xəbər verir ki, bu barədə araşdırma aparan “TRT Haber”in suallarını Klinik Psixoloq Seda Aydoğdu cavablandırıb.
O bildirib ki, xəyali dost, uşağın istədiyi yerdə olan, istədiyi oyunu oynayan, onu qeyd-şərtsiz qəbul edən dostdur:
“Ailələr vəziyyətdən çox vaxt narahat olsalar da, araşdırmalar bunu dəstəkləmir. Uşağımızın xəyali bir dostu olması narahatedici bir vəziyyət kimi qəbul edilməməlidir. Xəyali dost anlayışı övladımızın təxəyyülünü inkişaf etdirir.
Ailələr narahat olmaqdansa övladlarının xəyali dostunu yaxşı tanımağa çalışmalıdır. Çünki o xəyali dost uşağın şüurunun təmsili hesab olunur. Uşaq öz istək və ehtiyaclarını, qorxularını həmin xəyali dost vasitəsilə ifadə edir”.
Aysu Demokrat.az


