Madaqaskarda ayın əvvəlindən bəri davam edən "Alvaro" qasırğası nəticəsində 12 nəfər həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə Beynəlxalq Təhlükə və Fəlakət İdarəetmə Ofisi (BNGRC) məlumat yayıb.
Ofisin açıqladığı rəsmi rəqəmlərə görə, qasırğadan zərər çəkənlərin sayı 32 min 876-ya yüksəlib, 16 mindən çox insan isə evlərini tərk etməli olub.
Ölkənin cənub-şərqində daha çox hiss edilən qasırğa nəticəsində ümumilikdə 6616 ev su altında qalıb, 12 nəfər isə həyatını itirib.
Xatırladaq ki, keçən il ölkədə “Çeneso” qasırğası nəticəsində ən azı 30 nəfər həlak olmuşdu.
Aysu Demokrat.az


