Hadisə Özəl

Avtomobil yük maşınına çırpıldı: Ölən və yaralanan var

Avtomobil yük maşınına çırpıldı: Ölən və yaralanan var

Türkiyədə minik avtomobilinin yük maşınına çırpılması ölümlə nəticələnib.

Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Adana vilayətində baş verib.

Qəzada avtomobildə olan 1 nəfər ölüb, 1-i isə yaralanıb.

Əraziyə təcili tibbi yardım və polis qrupları göndərilib. İlkin araşdırmalar zamanı qəzada ölən və yaralanan şəxslərin polis işçisi olduğu öyrənilib.

Hadisənin təfərrüatları araşdırılmağa davam edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova