Hadisə

Sabirabadda qanunsuz ov etmək istəyənlər saxlanılıb

Sabirabadda qanunsuz ov etmək istəyənlər saxlanılıb

Sabirabadda qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Demokrat.az-averilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Şıxlar kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov etmək istəyən dörd nəfər saxlanılıb. Həmin şəxslərdən ov silahları, patronlar və ov qurğuları aşkarlanaraq maddi sübut kimigötürülüb.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.

NE
Nihadə Eyyubova