Şou-biznes

Nuradan Xalq artistinə dəstək: "Lap ağını çıxartmısınız!"

Nuradan Xalq artistinə dəstək: Lap ağını çıxartmısınız!

"Cəmiyyətimizdə son vaxtlar yaşlı sənətkarlara qarşı aqressiya müşahidə edirəm. Xüsusilə də Zeynəb Xanlarovaya qarşı qara piar qəbulolunmazdır".

Demokrat.azxəbər verir ki, bunu müğənni Nura Suri deyib.

O, sosial şəbəkə hesabında yazıb: "Dünyanın heç bir yerində sənətkar qocaldığına görə bulinqlə üzləşmir: Yaşa dolan insanlara hörmətlə yanaşın. Siz də qocalaqsınız. Qocalmaq ayıb deyil. Lap ağını çıxarmısınız.

Yekə kişilər yaşa dolan xanım müğənnilərin, aktrisaların şəklini paylaşıb ağıllarına, ağızlarına gələni yazırlar. Mənəviyyatsız insanlarla bir cəmiyyətdə yaşamaq çox üzücüdür. Evdə yaşlanan valideynlərinizi də sevmirsiniz yəqin. Kim sizə haqq verib ki, insanları görünüşünə, geyiminə, yaşına görə təhqir edəsiniz?! Sadəcə mənəviyyatsızlığınızı və dərrakəsizliyinizi nümayiş etdirirsiniz!".

NE
Nihadə Eyyubova