Dünya Özəl

"Google" cərimələndi

Google cərimələndi

Rusiya ordusu ilə bağlı yalan məlumatların olduğu şəkilləri silmədiyinə görə “Google”u 4 milyard 611 milyon rubl (təxminən 51 milyon dollar) cərimələyib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, “Google”a qarşı açılan işə paytaxt Moskvanın Taqanski Rayon Məhkəməsində baxılıb.

Məhkəmə, Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı yanlış məlumatların yer aldığı şəkilləri silməməsinə görə qanuna əməl edilmədiyinə qərar verib.

Bu səbəbdən “Google”a 4 milyard 611 milyon rubl (təxminən 51 milyon dollar) cərimə kəsib.

Qeyd edək ki, “Google” əvvəllər də oxşar səbəblərə görə cərimələnmişdi.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova