Kriminal Özəl

Bakıda bir uşaq anası yaşadığı evi tərk etdi, əri isə...— MƏHKƏMƏ

Bakıda bir uşaq anası yaşadığı evi tərk etdi, əri isə...— MƏHKƏMƏ

Bakının Xəzər rayonunda 1989-cu il təvəllüdlü Yusif ailə münaqişəsi zəminində həyat yoldaşı Şahanəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şahanənin bacısı Samirənin rayonun Binə qəsəbəsi, Südcülük sovxozunda yaşadığı evində baş verib.

Yusif orada həyat yoldaşı Şahanə ilə aralarında yaranan mübahisə zamanı onu sağ gözünün alt nahiyəsindən vuraraq xəsarətlər yetirib.

Hadisəni törədən Yusifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yusif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Şahanə ilə 2018-ci ildə ailə həyatı qurub, birgə nikahdan 1 övladları var: “Ailə qurduqdan sonra bu günə qədər aramızda dəfələrlə münaqişə və mübahisələr olub. Aramızda yaranan mübahisə və münaqişələrə səbəb isə taksi fəaliyyəti ilə məşğul olmam, evə gec gəlməyim olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həyat yoldaşı Şahanə hadisə baş verən günü, axşam saatlarında ona SMS yazaraq anasının ad gününün olduğunu, Keşlə qəsəbəsinə gedəcəyini bildirib. Həyat yoldaşımda övladlarımın harada olmasını soruşdum. Həyat yoldaşım övladlarımın anası evində olduğunu bildirdi. Buna görə də aramızda olan mübahisə daha da qızğın şəkil aldı. Həyat yoldaşmndan harada olmasını soruşdum. Evdə olduğunu dedi. Evə getdiyim zaman həyat yoldaşımın evdə olmadığını bildim və zəng etdiyim zaman onun bacısı Samirənin evində olduğunu dedi. Baldızım Samirənin yaşadığı evə gəldim və həyat yoldaşımdan niyə yalan danışmasını soruşdum, birlikdə evə getməyi dedim. Bizim aramızda yenidən mübahisə yarandı”.

Təqsirləndirilən şəxs deyib ki, həyat yoldaşı ilə aralarında yaranan mübahisə zamanı onun sağ gözünün alt nahiyəsindən qəsdən vuraraq bədən xəsarəti yetirib: “Həmin zaman yanımızda Şahanənin bacısı Samirə olub. Hazırda zərərçəkmiş şəxslə barışmışam. Zərərçəkmiş şəxsin mənə qarşı heç bir şikayəti və tələbi yoxdur”.

İş üzrə zərərçəkmiş Şahanənin sözlərinə görə, əri Yusiflə birgə nikahdan 1 övladları var: “Ailə qurduqdan sonra bu günə qədər aramızda dəfələrlə münaqişə və mübahisələr olub. Aramızda yaranan mübahisə və münaqişələrə səbəb isə həyat yoldaşınmın evə baxmaması, taksi fəaliyyəti ilə məşğul olması, evə gec gəlməsi olub. Məlum hadisə günü, günorta saatlarından sonra həyat yoldaşıma heç bir xəbər vermədən bacımın yaşadığı evə getdim. Həyat yoldaşım axşam saatlarında bacımın yaşadığı evə gəldi. Evin həyətində səs-küy salaraq məndən niyə ona xəbər verməyərək bacımın evinə getdiyini soruşdu, birlikdə getməyi bildirdi. Yusifin hərəkətindən qorxduğum üçün evə getməyəcəyimi dedim. Buna görə də aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı Yusif sol əli ilə sağ gözünmn alt nahiyəsindən şillə ilə vuraraq mənə xəsarət yetirdi.

Zərərçəkmiş ifadəsinin sonunda qeyd edib ki, əri Yusiflə barışıb, onu bağışlayıb, ona qarşı heç bir şikayəti yoxdur.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasının, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Yusifin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova