Region Özəl

Ərdoğan Küveytin yeni əmiri ilə danışdı

Ərdoğan Küveytin yeni əmiri ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Küveytin yeni əmiri Şeyx Məşəl ilə telefon danışığı aparıb.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Rabitə Müdirliyindən məlumat verilib.

Məlumata görə, danışıq zamanı prezident Ərdoğan Küveyt Dövlətinin Əmiri Şeyx Nevvafın vəfatından kədərləndiyini bildirib və yeni Əmir Şeyx Məşələ başsağlığı verib.

Görüşdə Türkiyə-Küveyt münasibətləri, qlobal və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan həmçinin Şeyx Məşələ yeni vəzifəsində uğurlar arzulayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova