Lənkəranda 1984-cü il təvəllüdlü Sahib ailə münaqişəsi zəminində həyat yoldaşı Fəridəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin sentyabrın 26-da, saat 06 radələrində Lənkəran rayonunun kəndlərindən birində baş verib.
Sahib yaşadığı evdə arvadı Fəridə ilə arasında ailə-məişət münasibətləri zəminində mübahisə yaranıb. Münaqişə zamanı Fəridənin Sahibin anasına abırsız deməsi səbəbindən onun boyun və baş nahiyələrinə bir neçə dəfə yumruq zərbəsi vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Sahibin barəsində Cinayət Məcəlləsinin 1280-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Sahibin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


