İsrailin hücumları səbəbindən oktyabrın 8-dən bu yana 1047 Türkiyə vətəndaşı və onların ailə qohumları Qəzzadan təxliyə edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.
O bildirib ki, İsrail 7 oktyabrda Qəzzaya hücumlara başlayandan sonra bölgədən insanların təxliyəsinə başlanılıb:
“Oktyabrın 8-dən bu yana 1047 vətəndaşımız və onların ailə qohumları Qəzzadan təxliyə edilib. Təxliyə edilənlər sərhəd qapısının Misir tərəfində diplomatlarımız tərəfindən qarşılanır, ilk olaraq qurudan Qahirəyə gətirilir və sonra hava yolu ilə İstanbula göndərilir”.
Aysu Demokrat.az


