Türkiyədə elektrik transformatorunda iş aparılarkən partlayış baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Malatya vilayətində baş verib.
Partlayış nəticəsində iki işçi yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib və müalicə olunub.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


