Türkiyədə bir həftə ərzində ölkəyə qeyri-qanuni yollarla daxil olduqları müəyyən edilən 114 miqrant tutulub.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Jandarma Komandanlığı qrupları 1-7 dekabr tarixləri arasında qeyri-qanuni köçlə mübarizə işləri çərçivəsində 114 miqrantı saxlayıb.
7 şübhəli immiqrant qaçaqmalçılıq iddiasıyla nəzarətə alınıb. Jandarma Komandanlığında edilən əməliyyatların ardından ədliyyəyə sövq edilən şübhəlilərdən 4-ü həbs edilib, digərləri isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Aysu Demokrat.az


