Türkiyənin Bolu vilayətində yerləşən boş evdə yanğın baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, qısa müddətdə böyüyən yanğın ətrafdakı daha 3 evə keçib.
Əraziyə çoxlu sayda yanğınsöndürmə və polis qrupları cəlb olunub.
Yanğının hansı səbəbdən baş verilməsi ilə bağlı açıqlama verilməyib.
Araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


