“Biz ölmüş anaları diriltdilər. Prezidentimizə minnətdaram, onatəşəkkür edirəm. Ümidimizi üzməmişdik ki, Prezidentimiz bizim balalarımızı geri qaytaracaq”.
Bu sözləri”Unikal”a açıqlamasında erməni əsirliyindən azad ediləcəkAqşin Bəbirovun anası Dürdanə Bəbirova bildirib.
Onun sözlərinə görə, ilk müjdəli xəbəri erməni əsirliyində olan Hüseyn Axundovun anasından alıb.
“Sağlamlığımız itsə də, tükənsək də, bitsək də, balam gəlir”, - deyən Dürdanə Bəbirova göz yaşlarını saxlaya bilməyib.


