Bakı Peşə Hazırlığı Mərkəzi ölkəmizdə akkreditasiyadan keçən ilk peşə hazırlığı müəssisəsi oldu.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən akkreditasiyadan keçib. Beləliklə, Mərkəz sertifikatlarında AzAK-ın akkreditasiya nişanından istifadə etmək hüququ əldə edib. Azərbaycan Akkreditasiya Mərkəzi ölkəmizdə fiziki şəxslərin sertifikatlaşdırılmasını icra edən ilk müəssisədir. Bakı Peşə Hazırlığı Mərkəzi “AZS İSO/IEC 17024:2014-Uyğunluğun qiymərləndirilməsi, fiziki şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara ümumi tələblər” beynəlxalq standartı ilə akkreditə olunub.
Sözügedən beynəlxalq standart sertifikatlaşdırma orqanının fəaliyyət sahələrinə uyğun olaraq onun səriştəliliyinə və keyfiyyətli xidmət göstərməsinə dair tələbləri müəyyən edir.




