Türkiyədə qaz sobasının partlaması nəticəsində 1 nəfər ölüb, 2-si isə yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Mardin vilayətində baş verib.
Belə ki, qadın soba yandırmaq istəyərkən benzindən istifadə edib və partlayış baş verib.
Partlayış nəticəsində baş verən yanğında ana həyatını itirib, 2 uşağı isə yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə qrupları cəlb olunub.
Hadisənin təfərrüatları araşdırılır.
Aysu Demokrat.az


