Hadisə Özəl

Küveyt əmiri xəstəxanaya yerləşdirildi

Küveyt əmiri xəstəxanaya yerləşdirildi

Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah qəfil səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Küveytin rəsmi agentliyi olan “KUNA” məlumat yayıb.

Bildirilib ki, Küveyt əmiri Sabahın səhhətində qəfil problem yarandığı üçün bu səhər xəstəxanaya yerləşdirilib.

Xəbərdə həmçinin Küveyt əmirinin sağlamlıq vəziyyətinin stabil olduğu bildirilib.

Aysu Demokrat.az

D
demokrat.az