Türkiyənin Antalya vilayətində 2 avtomobilin toqquşması ölümlə nəticələnib.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və polis qrupları göndərilib.
İlkin baxış zamanı qəzada 1 nəfərin öldüyü, 8 nəfərin isə yaralandığı müəyyən edilib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Qəzanın təfərrüatları araşdırılmağa davam edir.
Aysu Demokrat.az


