Hadisə

Biləsuvarda yük avtomobili yandı

Biləsuvarda yük avtomobili yandı

Biləsuvar rayonunda (Ələt-Astara avtomobil yolunun 70-ci kilometrliyi) "Ford" markalı yük avtomobilinin idarəetməni itirməsi nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən xəbərə görə, yanğın nəticəsində avtomobilin mühərrik hissəsi və kabinəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

D
demokrat.az