Dünya

Zaxarova İrəvanı TƏNQİD ETDİ

Zaxarova İrəvanı TƏNQİD ETDİ

"İrəvanın Qərbə qarşı ehtiyatsız "stavkası" fiasko idi".

Demokrat.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

“Sülh müqaviləsi üzrə danışıqlara dair təkliflərə baxmayaraq, onlar hələ də dondurulmuşdur. Fransa silahlarının tədarükünün faydaları ilə bağlı arqumentlər də sadəlövh görünür", - o əlavə edib.

Zaxarova bəyan edib ki, Ermənistandakı Aİ missiyası təhlükəsizliyi təmin etmir. O, KTMT-nin bunu daha yaxşı bacara biləcəyinə eyham vurub.

Rusiyanın Cənubi Qafqazdan çıxarılmağa çalışıldığını vurğulayan sözçü Qərbin Azərbaycan və Ermənistan arasında vasitəçiliyini də tənqid edib. O, Qərbi nəticəsizlikdə günahlandırıb.

D
demokrat.az