Sosial

Şəhid atasının müraciəti qısa zamanda həllini tapdı — VİDEO

Şəhid atasının müraciəti qısa zamanda həllini tapdı — VİDEO

Salyan rayonu, Çuxanlı kəndində yerləşən bu evi digər evlərdən fərqləndirən ali bir məqam var-Şəhidlik zirvəsi. 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Əliş oğlu Şirinov bu evdə doğulub.

“Azəriqaz” İB-dən Demokrat.az-a verilən məlumata görə, elə bu evdə böyüyüb boya-başa çatan Kamilin xatirəsini isə indi ailə üzvləri əziz tutaraq daim yaşadır.

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini əziz tutan SOCAR-ın “Azəriqaz” İB də Kamilin atası Əliş Şirinovun müraciətini qısa zamanda təmin edib.

Müraciətə əsasən fərdi yaşayış evinin qarşısından keçən diametri 57 mm-lik qaz xəttinin yeri dəyişdirilib.

D
demokrat.az