Vilayət Eyvazov rəisi işdən azad etdi — Yeni TƏYİNAT

HADİSƏ 14 avq 2019, 21:43

Daxili işlər orqanlarında yeni təyinat olub.


Demokrat.az xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Babək Mərdanov daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnaməyə uyğun olaraq, yaş həddinə görə təqaüdə göndərilib. 


Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis leytenantı Aslan Qiyaslı məlumat verib.


Bildirilib ki, B.Mərdanovun yerinə polis kapitanı Fərid Mayılov təyin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top