Türkiyədə avtobus təkərinin partlaması nəticəsində idarəetmədən çıxaraq aşıb.
Demokrat.az xəbər verir ki, hadisə ölkənin Amasya vilayətində baş verib.
Belə ki, yas mərasimindən qayıdan insanları daşıyan avtobus idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində 27 nəfər xəsarət alıb.
Hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım qrupları göndərilib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Aysu Demokrat.az


