Dünya Özəl

İsrail döyüş təyyarələri "Hizbullah"ın hədəflərini vurdu

İsrail döyüş təyyarələri Hizbullahın hədəflərini vurdu

İsrail Livandakı "Hizbullah" hədəflərini döyüş təyyarələri ilə bombalayıb.

Demokrat.az xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb.

Ordunun verdiyi açıqlamada döyüş təyyarələrinin vurduğu yerlər arasında "Hizbullah"a aid bir sıra hərbi məntəqələrin olduğu bildirilib.

Oktyabrın 8-dən Livan-İsrail sərhədində İsrail ordusu ilə "Hizbullah" arasında vaxtaşırı qarşılıqlı hücumlar edilir.

Bu hücumlarda indiyədək 74 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova