Sosial

Xatirə İslam körpə uşağın “üzünü“ özünə köçürtdü — Bu, tibbi və qanuni olaraq mümkündür? (VİDEO)

Xatirə İslam körpə uşağın “üzünü“ özünə köçürtdü — Bu, tibbi və qanuni olaraq mümkündür? (VİDEO)

Müğənni Xatirə İslam üzünə kök hüceyrə prosseduru etdirib. Sənətçi körpə uşağın hüceyrəsinin ona köçürüldüyünü vurğulayıb. Onun bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. "Uşağın hüceyrəsi necə əldə edilir” sualı cəmiyyətdə daha çox müzakirə edilir.

Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, başqa orqanizmdən götürülən orqan, toxuma digər orqanizmə köçürüldükdə, yəni, nəql edildikdə onun həmin orqanda davam gətirməsi, işləməsi üçün xüsusi terapiyaya ehtiyac var:

Xatirə İslam körpə uşağın “üzünü“ özünə köçürtdü — Bu, tibbi və qanuni olaraq mümkündür? (VİDEO)
"Bu orqan nəqli məsələsidir. Kök hüceyrələri orqanizmin özündən götürülür. Yəni, orqanizmin öz hüceyrələri olur. Uşaq hüceyrəsi ilə bağlı məlumatlar mətbuata yalnış şərh edilir. Abort qanından, plasentar qandan, təbabətdə müxtəlif dərman preparatlarının hazırlanmasından istifadə edilir. Belə bir praktika mövcuddur. Ola bilsin ki, söhbət bu cür maddələrdən getsin. Amma uşağın hüceyrəsini götürüb, böyük adama köçürtmək bir orqanizmdən digərinə köçürtmək deməkdir. Bu orqan nəqli anlamına gəlir. Bu, real görünmür. Burada yalnışlıq var. Məsələ təhlil olunmalıdır. Hesab edirəm ki, yalnış anlaşılıb”. Ətraflı

Tibb elmləri doktoru, professor Nəsib Quliyev uşaq hüceyrələrinin əldə edilməsinin mümkün olduğunu deyib:

Xatirə İslam körpə uşağın “üzünü“ özünə köçürtdü — Bu, tibbi və qanuni olaraq mümkündür? (VİDEO)
"Biopsiya edib, xüsusi alətlə lazımı yerdən hüceyrə götürürlər. Amma bu embrion hüceyrə deyil. Kök hüceyrə köçürtmək üçün gərək embrioner hüceyrə, yəni, rüşeyimin hüceyrəsi götürülsün. Dəriyə hamilələyin ilk günlərində, bətn daxilində olan hüceyrələr köçürülməlidir. Dərinin hüceyrələri başqa yerdə olmur. Kimsə kimisə aldadıb, gündə bir oyun çıxarırlar. Mən bu sahənin adamı olmadığımdan konkret nəsə deyə bilmirəm”. Qeyd edək ki, son zamanlar estetik xəbərləri ilə adı hallanan 42 yaşlı müğənni Xatirə İslam bu dəfə üzünə kök hüceyrə prosseduru etdirib. Məlumata görə körpə uşağın hüceyrəsi ona köçürülüb.

D
demokrat.az