Quba rayonunda 1990-cı il təvəllüdlü Cəmilə Eyvaza (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyulun 3-də baş verib. Cəmilə həmin gün saat 13.30-da tanışı Eyvazı vuraraq ona xəsarət yetirib.
Hadisəni törədən Cəmilənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəmilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Eyvaz və onun həyat yoldaşı Günelin razılığı əsasında onların Quba şəhərində yerləşən evlərində yaşayır: “İyunun 3-də, saat 13.30-da evdə olarkən dişim ağrıdığı üçün spirtli içki qəbul etdim. Həmin vaxt Eyvaz sərxoş halda evə gələrək televizora yüksək səs verdiyi üçün ona iradımı bildirdim. Bu zaman aramızda mübahisə yarandı. Həmin vaxt əsəbləşərək əllərim ilə Eyvazın sifətindən və təpiklə qarnından bir zərbə vurdum. Sonra Eyvazı itələyərək özümdən kənarlaşdırdım. Günel evdən çölə çıxararaq təcili yardım çağırdı və Eyvazı xəstəxanaya apardılar.
Bu cinayət işinə Quba rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Eyvazın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.
Fariz Məlikli Demokrat.az


