Hizbullah Livanın cənubunda yerləşən İsrailin iki hərbi məntəqəsinə hücum etdiyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumatda Hizbullahın İsrail ordusunun “Rüveysətül-Aləm” və “Ramim” hərbi məntəqələrinə müvafiq silahlarla hücum etdiyi və hədəflərin dəqiq vurulduğu bildirilib.
Digər tərəfdən İsrail Ordusundan verilən açıqlamada Livan ərazisindən İsrail tərəfinə çoxlu sayda raket atıldığı, hücumda xəsarət alan olmadığı bildirilib.
Açıqlamada hücumun baş verdiyi nöqtələrin artilleriya atəşi ilə hədəf alındığı, İsrail ordusuna aid tankların da Hizbullahın müşahidə nöqtəsini vurduğu bildirilib.
İsrail ordusu ilə Hizbullah arasında oktyabrın 8-dən bəri sərhəddə baş verən qarşıdurmalarda 74 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.
Aysu Demokrat.az


