Muğlanın Ula və Marmaris rayonları arasındakı Balan dağ silsiləsində yeni endemik bitki növü aşkar edilib.
Demokrat.az xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.
Bildirilib ki, 3 illik araşdırmalardan sonra yeni bitkinin "taksonomik botanika" növü olduğu müəyyən edilib.
Elmi adı 'Leopoldia buseana' olan bitki "Fitatoxa" elmi jurnalında dərc edilərək dünyaya təqdim edilib. Bitkinin türkcə adı yayıldığı dağ silsiləsi əsasında "Balan sümbülü"dür.
Elm aləminə 'bal sümbülü' adı ilə tanıdılan bitkinin 70 santimetrə qədər böyüyə bilən uzun salxım şəklində çiçəkləri var.
Qeyd edək ki, Bal sümbülü ilə dünyada bu cinsin növlərinin sayı 30-a çatıb.
Aysu Demokrat.az


