Türkiyənin Xarici işlər naziri Hakan Fidan Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman ilə telefon danışığı aparıb.
Demokrat.az xəbər verir ki, bu barədə Diplomatik mənbələr məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı İsrail-Fələstin münaqişəsi müzakirə olunub.
Qəzzadakı son hadisələrin müzakirə edildiyi görüşdə Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı - Ərəb Liqasının Fövqəladə Birgə Zirvə Toplantısında qəbul edilən qərarların davam etdirilməsi üçün görüləcək işlər barədə də fikir mübadiləsi aparılıb.
Aysu Demokrat.az


