Kriminal Özəl

Hacı Əli Behiştinin məhkəməsi başlayır

Hacı Əli Behiştinin məhkəməsi başlayır

Dövlətə xəyanətdə ittiham olunan tanınmış ruhani Hacı Əli Behiştinin (Əliyev) cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Azər Tağıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 17-nə təyin edilib.

Qeyd edək ki, bu il aprelin 6-da həyata keçirilən əməliyyatlar zamanı Binə qəsəbə sakini Hacı Əli Behişti (Əliyev) saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Hacı Əli Behişti möuzələrində hər zaman İranın molla rejimini təbliğ edib. O, özünü təqsirli bilmir.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova