Region Özəl

Hakan Fidan çexiyalı həmkarı ilə danışdı

Hakan Fidan çexiyalı həmkarı ilə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə telefonla danışıb.

Demokrat.az xəbər verir ki, bu barədə türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı Hakan Fidan İsrailin Qəzza zolağındakı mülki vətəndaşlara qarşı cinayətlərinin qəbuledilməz olduğunu vurğulayıb.

Bundan əlavə, türkiyəli nazir tezliklə tam atəşkəsin yaradılması və Qəzzaya humanitar yardımların çatdırılmasının lazım olduğunu bildirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova