Kriminal Özəl

Siyəzəndə qonşular arasında qanlı dava —TƏFƏRRÜAT

Siyəzəndə qonşular arasında qanlı dava —TƏFƏRRÜAT

Siyəzən rayonunda 1966-cı il təvəllüdlü Fuad qonşusu Rövşəni bıçaqlayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Fuad 17 oktyabr 2022-ci ildə, saat 19.00-da sərxoş vəziyyətdə yaşadığı Siyəzən şəhəri H.Əliyev küçəsində yerləşən 29 saylı binanın qarşısına gəlib. O, binanın həyətində çardaqda qonşusu Rövşənə yaxınlaşaraq həmin günü mobil telefonda hansı səbəbdən ünvanına nalayiq söyüş söydüyünü izah etməsi üçün söhbət etmək istəyib.

Rövşən ona “sərxoşsan get evə” deyərək oradan uzaqlaşmaq istəyib. Bu zaman Fuad Rövşənin qolundan tutaraq saxlayıb. Rövşən getməsinə icazə vermədiyinə görə onu geri itələyib və sonra ayaqlarının arasına girərək onu yerə yıxaraq sinəsi üzərində oturub.

Biri-birlərindən aralandıqdan sonra Fuad üzərində gəzdirdiyi bıçağı cibindən çıxararaq bir dəfə Rövşənin qarın nahiyəsinə vurub.

Hadisəni törədən Fuadın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fuad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü zərərçəkmiş Rövşənə zəng edərək ondan borc pul istəyib: “Mən onu söydüm. Həmin gün həddindən artıq çox spirtli içki içmişdim. Elə o gün də Rövşənlə yolda rastlaşdım. Rövşən məni yerə yıxdı. Lakin Rövşəni necə vurduğumu belə xatırlamamışam. Polis bölməsində olarkən mənə Rövşəni vurduğumu söylədilər. Rövşəni ağır formada vurmamışam”.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad 3 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova