Gündəm Özəl

Xaçaturyanın cinayət işində olan sənədlər açıqlandı

Xaçaturyanın cinayət işində olan sənədlər açıqlandı

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə keçirilən prosesdə şahid qismində ifadə verən Azay Kərimovun ifadəsi davam etdirilib.

Demokrat.az xəbər verir ki, şahidin sözlərinə görə, Vaqif Xaçaturyanı yaxşı tanıyıb və üzləşdirilib. Qeyd edib ki, Xaçaturyan Azərbaycan dilində sərbəst danışa bilir.

Şahidin sözlərinə görə, üzləşdirmə zamanı bir-birlərini yaxşı tanıyıb.

Hakim deyib ki, nümayəndə, zərərçəkmiş, hüquqi varisi, təqsirləndirilən şəxsi dindilməsini başa çatdığını açıqlayıb. Hakim sənədlərin tədqiqi mərhələsini başlandığını elan edib.

Daha sonra hakim cinayət işində olan sənədləri elan etməyə başlayıb. Hakim Meşəli kəndini sakinlərinin odlu silahdan öldürülməsi barədə ekspertiza rəylərini elan edib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova