Hadisə

Cəlilabad sakini bıçaqlandı

Cəlilabad sakini bıçaqlandı

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Cənub bürosunun məlumatına görə, rayon sakini, 1981-ci il təvəllüdlü Mahir Zeynalov bel nahiyəsindən bıçaqlanıb.

Xəsarət alan M.Zeynalov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin kim tərəfindən törədilməsi və bıçaqlanmanın səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az